TƏBİB işdən çıxardığı həkimə məhkəmədə uduzdu

Qanunsuz olaraq vəzifəsindən azad edilən keçmiş bölmə rəhbəri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin nəzdində olan müəssisəyə məhkəmədə qalib gəlib.

Сообщение  26 Просмотры обновленный 10 дней тому назад

TƏBİB işdən çıxardığı həkimə məhkəmədə uduzdu

Oxu.Az-ın məlumatına görə, Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə 10 iyun 2021-ci il tarixində keçirilən məhkəmə prosesində iddiaçı Aysel Ərdoğanın Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qarşı işə bərpa barədə tələbi təmin edilib. 

İddiaçı adıçəkilən mərkəzin Klinik Diaqnostik Laboratoriya şöbəsinin Talassemiya profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa olunub.

“Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Şəxsin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən iddiaçı, həkim Ərdoğan Aysel Rami qızına 14.04.2021-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməsi barədə məhkəmə qərar qəbul edib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861