Rusiyada azərbaycanlı ailə koronavirusa yoluxdu

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı ailə koronavirusa yoluxub. Onlardan 1954-cü il təvəllüdlü Nuridə Abdullayeva Lubertsi şəhərindəki xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report”un Rusiya bürosuna ailə üzvlərindən Əjdər Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ailə üzvlərində koronavirusun bütün əlamətləri hiss olunurdu:

"İki dəfə təcili tibbi yardıma müraciət etdik, gəldilər müayinə etdilər. Bildirdilər ki, “Sizdə COVID-19 yoxdur” və xəstəxanaya aparmaqdan imtina etdilər. İki dəfə də sahə həkimi gəldi və o da sadəcə qrip olduğunu söylədi. Hətta poliklinikaya da müraciət etdik, amma bizdən analiz götürülmədi".

“Vəziyyətimiz getdikcə pisləşirdi, hərarətimiz 39 dərəcədən aşağı düşmürdü. Ona görə də özəl xəstəxanada analiz verməyə qərar verdik. Nəticədə həyat yoldaşıma ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu qoyuldu. Müalicəmizi evdə davam etdirməyi məsləhət gördülər”, - Ə.Abdullayev bildirib.

O vurğulayıb ki, bu gün həyat yoldaşının vəziyyəti pisləşdiyindən yenidən təcili tibbi yardıma müraciət ediblər: "Onu xəstəxanaya apardılar və müayinə zamanı koronavirusa yoluxduğu məlum oldu".

Сообщение  213 Просмотры обновленный 1 год тому назад

Rusiyada azərbaycanlı ailə koronavirusa yoluxdu

Qeyd edək ki, Əjdər Abdullayev və Nuridə Abdullayeva Azərbaycan, övladları Zabil Abdullayev və Gülnarə Abdullayeva isə Rusiya vətəndaşlarıdır. Hazırda ailənin digər üzvləri koronavirusu yüngül keçirdiklərindən müalicələrini evdə davam etdirirlər. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861