Rusiya İstintaq Komitəsinin sədri polisin azərbaycanlını qətlə yetirməsi işini şəxsi nəzarətinə götürdü

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin polis tərəfindən başından güllələnən 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin işi ilə bağlı məlumatların dərhal ona bildirilməsini tapşırıb.

Сообщение  28 Просмотры обновленный 17 дней тому назад

Rusiya İstintaq Komitəsinin sədri polisin azərbaycanlını qətlə yetirməsi işini şəxsi nəzarətinə götürdü

Sledcom.ru bu barədə qurumun mətbuat xidmətinin rəsmi nümayəndəsi Svetlana Petrenkoya istinadla xəbər verib.

Onun sözlərinə görə RF İstitntaq Komitəsinin rəhbəri yol polisi zabiti, baş leytenant Aleksandr Qusevə qarşı cinayət işi başlanmasının və onun üçün qabaqlayıcı tədbir seçilməsi üçün vəsatət qaldırılmasının əsasları ilə maraqlanır.

RF İK rəhbəri bu iş üzrə qərar qəbul edən İstintaq Komitəsinin Novosibirsk bölgəsi üzrə şöbəsinin rəsmilərinin istintaqını yoxlamağa başlayıb.

Qeyd edək ki, polis əməkdaşının cinayət işi regional komitədən mərkəzi quruma köçürülüb.

Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qaldıqdan sonra vəfat edib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Rusiya İstintaq Komitəsinin sədri polisin azərbaycanlını qətlə yetirməsi işini şəxsi nəzarətinə götürdü
  • VuVu Uma