Rüşvət almaqda təqsirləndirilən sabiq rəis HƏBS EDİLDİ

Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Сообщение  115 Просмотры обновленный 6 месяцы тому назад

Rüşvət almaqda təqsirləndirilən sabiq rəis HƏBS EDİLDİ

APA xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O. Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. 

Daha sonra o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən O. Məmmədov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861