Nöqsana görə çıxarılan icra başçısının müavinin yerinə TƏYİNAT

Səbail Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

Сообщение  47 Просмотры обновленный 2 месяцы тому назад

Nöqsana görə çıxarılan icra başçısının müavinin yerinə TƏYİNAT

Oxu.Az-ın məlumatəna görə, Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalovun əmrinə əsasən, Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

O, bundan əvvəl RİH başçısının müavini vəzifəsində çalışıb.

V.Şixəmmədov 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, 2005-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyi Turizm şöbəsinin Təbliğat və İnformasiya sektorunda məsləhətçi vəzifəsində çalışıb.

V. Şixəmmədov 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində daxili turizmin inkişafı sektorunda aparıcı məsləhətçi və böyük məsləhətçi, 2006-2011-ci illərdə baş məsləhətçi, 2011-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri, 2015-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2018-ci ildə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.

2014-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Həmkarlar Komitəsinin sədr müavini, 2018-ci ilin sentyabr-dekabr ayları ərzində əməkdaşların səsverməsi nəticəsində komitənin sədri kimi fəaliyyət göstərib.

Buna qədər Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsini Xalidə Bayramova tuturdu. O, mayın 6-da vəzifəsindən azad edilib.

Eyni zamanda V.Zeynalovun digər əmri ilə Kəmalə Həşimova RİH başçısının müavini vəzifəsinə təyin edilib. K.Həşimova bundan əvvəl İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi kimi fəaliyyət göstərib.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861