Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? - MÖVQE

“Bu gün Qarabağda hər hansı status müzakirə mövzusu ola bilməz. Cənab Prezident İlham Əliyev də bu məsələ ilə bağlı dəfələrlə qətiyyətli mövqeyini ortaya qoyub”.

Сообщение  25 Просмотры обновленный 11 дней тому назад

Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? - MÖVQE

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mövqeyini şərh edərkən deyib.

Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında deyib ki, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur.

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”, - deyə S.Lavrov əlavə edib.

Millət vəkili C.Məmmədov xatırladıb ki, Azərbaycan Vətən müharibəsində qələbəsini təmin etdikdən sonra status məsələsi də arxivə qovuşub.

“Azərbaycan dəfələrlə statusun yolverilməzliyini və mümkünsüzlüyünü vurğulayıb. Rusiyanın xarici işlər nazirinin də mövqeyində bu məsələ öz əksini tapıb. İndi əsas prioritet bölgədə sülhün və təhlükəsizliyin təmininə, kommunikasiya layihələrinin icrasına yönəlib. Ən vacib məsələlərdən biri isə Zəngəzur dəhlizinin açılmasıdır”, - deyə C.Məmmədov söyləyib.

Deputat qeyd edib ki, bölgə dövlətləri regionda sülhün təmin olunmasında maraqlıdırlar.  

Parlamentarinin fikrincə, regionda sülh və təhlükəsizlik üçün bölgə xalqlarının birgəyaşayışı təmin edilməlidir:

“Bu gün bütün tərəflərin məqsədi odur ki, bölgədəki xalqlar bir yerdə yaşasın və gələcəyə birgə baxa bilsin. Lavrovun açıqlaması da onu göstərir ki, region dövlətləri üçün də prioritet məsələ sülhdür. Bu gün hansısa statusun müzakirəsi aktual deyil və gələcəkdə də bu məsələ önəm daşımayacaq”, - deyə C.Məmmədov fikrini yekunlaşdırıb.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861