“İstanbul Meyhane”də xüsusi seçilmiş musiqi ilə İstanbul şənliyi abu-havasına qərq olacaqsınız

“İstanbul Meyhane”də siz xüsusi seçilmiş musiqi, şou və rəqqasların oynadığı, milli mətbəx və içkilərlə İstanbul şənliyi abu-havasına qərq olacaqsınız.

Rakı

Сообщение  62 Просмотры обновленный 3 месяцы тому назад

“İstanbul Meyhane”də xüsusi seçilmiş musiqi ilə İstanbul şənliyi abu-havasına qərq olacaqsınız

Türkiyəyə ən azı bir dəfə səyahət edən hər kəs rakının ənənəvi türk içkisi hesab olunduğunu bilir. Cirəgülü toxumları əlavə olunan, tünd üzüm içkisinə 2 bədii ad verilib. Həmin adlar rakı ilə müxtəlif tanışlıq mərhələlərini ifadə edir: “şir ürəyi” – əfsanəyə görə bir neçə qurtumdan sonra insan daha cəsur olur; “Danimarka kralı damlaları” – aptek ətri və dadına görə. 

Sizi nə gözləyir?

Süfrəyə pendir və xoş ətirli təzə yemiş dilimləri verilən kimi gecə başlayır! Qonaqlıq türk musiqisi ilə müşaiyət olunacaq, həyəcanlandırıcı şou və rəqslərlə başa çatacaq.

Ənənəvi türk restoranlarında süfrəyə ilk növbədə məzə adlandırılan, geniş çeşiddə soyuq qəlyanaltılar verilir.

- Şam yeməyində sizə rakının masa arxası içilmə qaydaları, balıq və xüsusi məzələrlə içilməsinin səbəbi, şam yeməyi üçün ən yaxşı balıq, həmçinin milli mətbəxin tarixi və xüsusiyyətləri barədə məlumat veriləcək.

- Siz rəngarəng maraqlı şoular seyr edəcək və rakı üçün musiqi adlandırılan qədim mahnıları dinləyəcəksiniz. 

- İstənilən dadda çoxlu ləzzətli qəlyanaltı dadacaqsınız: fava, pilaki, haydari. Bütün bunlar ümumi böyük boşqablarda verilir.

- Gecə yarısından sonra isə meyxanə rəqslərlə çılğın şənlik yerinə çevrilir. Əyləncəlidir! 

“İstanbul Meyhane”nin müdiri Barış Kaya Antalyada anadan olub, qonaqpərvərlik və turizm sahəsində ali təhsil alıb. Antalyada, həmçinin Azərbaycanda uzun illər boyu uğurlu fəaliyyət göstərib. “İstanbul Meyhane” layihəsi üzərində işləməyə başlamazdan əvvəl 5 il ərzində dünyanın beş ulduzlu hotellərində aparıcı vəzifələri tutub. Pandemiyadan əvvəl Bakıda “Ramada By Wyndham” hotelinin baş meneceri vəzifəsində işləyib. 

“Aşpazımız Nəcib usta Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli məmurlar üçün bir çox xüsusi yeməklər hazırlayıb. O Bakıya öz komandası ilə gəlib. Onlar qonaqları Türkiyənin ən ləziz təamları və yeni məzələri ilə tanış edəcək”, – deyə Barış Kaya qeyd edib. 

“İstanbul Meyhane” – sadəcə meyxanə deyil, çünki məkan üç hissədən ibarətdir:

1. “İstanbul Meyhane Topkapı”

Topqapı Sarayında Sofa köşkü adlandırılan gül-çiçəkləri seyr etmək üçün köşk yerləşir. “Topkapı” adlandırılan zalımızda da bu abu-havanı yaratmışıq.  

2. “İstanbul Meyhane Taksim”

Taksim İstanbulun mərkəzində meydan olduğu üçün mərkəzi zalımız “Taksim” adlandırılır.Taksimdə tez-tez təntənəli tədbirlər, banket və şou-proqramlar keçirilir. 

3. “İstanbul Meyhane Kız Kulesi”

Qız Qalası İstanbulun ən məşhur rəmzlərindən biridir. Zalımızda olduğu kimi qalanın təpəsində möhtəşəm mənzərəsi olan açıq balkon var. 

Sizə unudulmaz təəssüratlar bağışlamaq üçün burdayıq!

“İstanbul Meyhane”ni ziyarət etmək istəyənlər üçün,
Ünvanımız: Ceyhunbəy Hacıbəyli küç., 14
Rezervasiya üçün telefon nömrələri: (050) 600-99-19, (050) 600-99-29
Instagram səhifəmiz: @istanbulmeyhane_baku


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • “İstanbul Meyhane”də xüsusi seçilmiş musiqi ilə İstanbul şənliyi abu-havasına qərq olacaqsınız
  • VuVu Uma