Fransada 15 yaşınadək uşaqla cinsi əlaqə təcavüz sayılacaq

Fransa parlamenti 15 yaşınadək uşaqla cinsi əlaqənin birbaşa təcavüz kimi qəbul ediləcəyi haqda qanun qəbul edib. Qanunu pozanları 20 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

Сообщение  50 Просмотры обновленный 2 месяцы тому назад

Fransada 15 yaşınadək uşaqla cinsi əlaqə təcavüz sayılacaq

Bu barədə “Reuters” xəbər verir.

Bildirilir ki, 15 yaşınadək yetkinlə cinsi əlaqə əvvəllər də qeyri-qanuni sayılırdı. Ancaq qanunla cəzalandırma yalnız uşağın cinsi əlaqəyə girməsinə məcbur edildiyi sübut olunduqda baş verə bilərdi. Təcavüz sübut olunmadıqda maddə yüngülləşdirilirdi.

“Heç bir yetkin təcavüzkar 15 yaşından kiçik yeniyetmənin razılığını tələb edə bilməyəcək”, - deyə Ədliyyə naziri Erik Düpon-Moretti vurğulayıb.

Bununla belə, yeni qanunda “Romeo və Cülyetta” maddəsi əlavə olunub. Bu maddə yaşıdlar arasında cinsi əlaqəni mümkün edir. Bunun cinayət sayılması üçün cinsi əlaqə iştirakçılarından biri digərindən beş yaş böyük olmalıdır.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861