Füzuli polisi vətəndaşın şəxsiyyət vəsiqəsini yandırıb? - DİN-dən AÇIQLAMA

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşının vətəndaşlara məxsus olan şəxsiyyət vəsiqəsini alaraq cırıb, sonra izi itirmək üçün onu zibil qutusunda yandırması barədə video yayılıb.

Məsələ barədə Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Сообщение  84 Просмотры обновленный 4 месяцы тому назад

Füzuli polisi vətəndaşın şəxsiyyət vəsiqəsini yandırıb? - DİN-dən AÇIQLAMA

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, bəzi sosial şəbəkə hesablarında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşının guya vətəndaşa məxsus şəxsiyyət vəsiqəsini yandırması ilə bağlı yayılmış video həqiqəti əks etdirmir, böhtan xarakterlidir:

“Özünü jurnalist kimi tanıdaraq video çəkiliş edən həmin şəxs bir qədər əvvəl Füzuli RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə müraciət edərək qanunsuz olaraq başqa vətəndaşa məxsus şəxsi məlumatları tələb etmişdir. Onun bu tələbi baş tutmadığına görə polis əməkdaşını şantaj etməyə, bu üsulla guya qisas almağa cəhd göstərib”.

“Video çəkiliş vasitəsi ilə polis əməkdaşına açıq şəkildə böhtan atan həmin şəxs barəsində hüquqi ölçü götürülməsi üçün Füzuli Rayon Prokurorluğuna müraciət edilib.

Məlumat üçün bildiririk ki, müddəti bitmiş və yaxud yenisi ilə əvəz edilmiş şəxsiyyət vəsiqələri müəyyən edilmiş qaydada toplanılaraq aidiyyəti üzrə təhvil verilir”,- deyə qeyd edilib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Füzuli polisi vətəndaşın şəxsiyyət vəsiqəsini yandırıb? - DİN-dən AÇIQLAMA
  • VuVu Uma