DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən qızla bağlı AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə 14 yaşlı qızın ailə yaxınları tərəfindən zorakılığa məruz qalması ilə bağlı paylaşımlar edilib.

Сообщение  64 Просмотры обновленный 4 месяцы тому назад

DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən qızla bağlı AÇIQLAMA

Məlumatlarda iddia edilir ki, qızın xalasının əri və xalası oğlu ona qarşı müxtəlif zorakılıq cəhdləri ilə onu narahat edirlər. Bununla bağlı qız anasına məlumat versə də, anası uşağa inanmayıb və qohumlarına şər atdığını deyib.

Eyni zamanda məlumatda o da qeyd olunub ki, qız polisə müraciət etmək istəyib, lakin iddialara görə, anası polisin ona inanmayacağını deyib.

Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, 14 yaşlı qızın yaşadığı ünvan dəqiqləşdirilib və o, paytaxtdakı sığınacaqlardan birinə yerləşdirilib:

“Yeniyetmə qız polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Onunla profilaktik söhbətlər aparılıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən qızla bağlı AÇIQLAMA
  • VuVu Uma