Deputatın qardaşı oğluna cinayət işi açıldı

Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanova cinayət işi açılıb.

Demokrat.az-ın məlumatına görə, Emil Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan olunub.

Emil Əmiraslanovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Şikayət əsasında onun barəsində istintaq araşdırması başlanıb.

Сообщение  227 Просмотры обновленный 10 месяцы тому назад

Deputatın qardaşı oğluna cinayət işi açıldı

Məlumat üçün bildirək ki, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunmuşdu. O qeyd etmişdi ki, E. Əmiraslanov ondan 115.250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.

İddiaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 min manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib.

Qalan böyük hissəsini isə borc kimi alaraq, hər ay hissə-hissə, hər dəfə 10 min manat qaytaracağını söz verib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861