Bakıda polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs olundu

Paytaxtın Binəqədi rayonunda dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən şəxsin 1987-ci il təvəllüdlü Zahir Zalov olduğu müəyyən olunub. Ona Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə yol polisi tərəfindən “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə “saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq, nəqliyyat vasitəsi saxlanılıb. Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla, onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

Сообщение  234 Просмотры обновленный 1 год тому назад

Bakıda polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs olundu

Sürücü barəsində toplanan materiallar Binəqədi Rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməklə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861