Azərbaycanda 600 manata səməni satılıb

Novruz bayramının rəmzlərindən biri olan səməni bazarlarda müxtəlif qiymətlərə təklif edilir.

Сообщение  65 Просмотры обновленный 4 месяцы тому назад

Azərbaycanda 600 manata səməni satılıb

Xəzər TV xəbər verir ki, bazarda 50 qəpikdən tutmuş 50 manata qədər səmənilərə rast gəlmək mümkündür.

Satıcıların sözlərinə görə, yüksək tələbat qiymətlərə təsir göstərib. Hətta satıcılardan biri xüsusi sifarişlə hazırlanmış səmənini 600 manata satıb.

Səməninin əsasını təşkil edən buğdanın 1 kiloqramının qiyməti 70-80 qəpikdir. Amma səməni bundan dəfələrlə bahadır. Satıcılar deyir ki, qiymətlər təkcə buğdaya görə dəyişmir. Qiymətin yüksək və ya aşağı olması istifadə olunan bəzək materiallarından asılıdır.

Satıcılar bildirirlər ki, bəzi səmənilər müştərilərin sifarişindən asılı olaraq hazırlanır. Bu amil də qiymətə təsir göstərir.

Bəs alıcılar nə düşünür? Səməni üçün bu qədər israfçılığa dəyərmi?

Müşahidələr onu göstərir ki, daha çox tələbat 50 qəpik - 2 manat arasında olan səmənilərədir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861