Azərbaycan-İran sərhədində yeni körpü tikiləcək

Ötən gün Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol şəhərsalma naziri Məhəmməd İslami arasında əməkdaşlıq memorandumu imzalanıb.

Сообщение  46 Просмотры обновленный 2 месяцы тому назад

Azərbaycan-İran sərhədində yeni körpü tikiləcək

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı razılığa gəlib.

Qeyd olunur ki, layihənin dəyəri 4,7 milyon avro olacaq və onun tikintisi 1 ilə reallaşdırılacaq.

Layihənin xərcləri iki tərəf arasında bərabər (50 faiz) bölünəcək.

İmzalama prosesindən sonra çıxış edən baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, sözügedən körpünün inşası İranda istehsal olunan məhsulların Azərbaycan Respublikasına və onun vasitəsi ilə Rusiyaya və digər qonşu ölkələrə daşınmasında əhəmiyyətli imkanlar yaradacaq və bölgədə tranzit imkanlarını genişləndirəcək.

Ş.Mustafayev həmçinin əlavə edib ki, bu cür layihələrin həyata keçirilməsi sərhəd terminallarında yük maşınlarının sıxlıq səviyyəsinin azaldılmasına və iki ölkə arasında malların sürətli hərəkətinə səbəb olacaq. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861