Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı

“Vətəndaş açıq-aydın şəkildə özünü bilərəkdən avtomobilin önünə atmaqla hadisəni piyadanın vurulması kimi göstərməyə çalışır. Polis əməkdaşı olaraq videogörüntüləri təəccüb içərisində izlədim”.

Сообщение  68 Просмотры обновленный 3 месяцы тому назад

Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, sözsüz ki, sürücü həmin şəxsi tibbi müayinədən keçməsi üçün dəvət edəcəkdir:

“Bu çox təəssüf doğuran ssenaridir. Hadisənin nə zaman və dəqiq olaraq hansı istiqamətdə baş verdiyi barədə hələ məlumat yoxdur. Lakin məsələ mütləq şəkildə araşdırılacaq və mövzuya hüquqi  qiymət verilməsinə çalışılacaq. Bilərəkdən yalan ifadə, yalan izahat məsələsi ortaya qoyularsa belə, bütün bunlar araşdırma zamanı öz həllini tapacaqdır. 

Hadisə ilə bağlı ilkin araşdırma rayon üzrə polis idarələrində olur. Düşünürəm ki, müstəntiqlər hadisəyə hüquqi qiymət verəcəkdir. Hesab edirəm ki, burada sürücü yox, piyada qanunvericiliyə müvafiq olaraq layiqli cəzasını alacaqdır”.

17:48

Azərbaycanda hər kəsi dəhşətə gətirən “qəza” təhlükəsizlik kameralarına düşüb.  

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə paylaşılan videogörüntülərdə bir qadın qaçaraq özünün qarşıdan gələn avtomobilin önünə atır.  

Həmin an ətrafda heç kim olmasa da, dərhal əraziyə bir neçə nəfər gələrək hal “şahidi” rolunu oynamağa başlayır. İlk baxışda sürücünün qadını vurması təsəvvürü yaradılsa da, ətrafda olan təhlükəsizlik kameralarında əks olunan görüntülər tam əksini deməyə imkan verir. 

Belə ki, kamera görüntülərində qadının bilərək yolun hərəkət hissəsinə çıxması və qaçaraq qarşıdan gələn avtomobilin önündə uzanması açıq-aydın görünür. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861