Azərbaycanda itin gözlərini çıxardılar - Bunu törədən canlıya insan demək olmaz

Azərbaycanda naməlum şəxs tərəfindən heyvana qarşı ağlasığmaz hərəkətlər edilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda hadisənin harada baş verdiyi qeyd olunmasa da, işgəncələrə məruz qalmış itin Sabunçu rayonu Balaxanı qəsəbəsi yaxınlığında tapıldığı bildirilib. Heyvanın fotoları görənləri dəhşətə gətirib.Naməlum şəxs və ya şəxslər itin gözlərini çıxarıb, ona ağır işgəncələr veriblər. Heyvanı tapan şəxslərin sözlərinə görə, itin cinsiyyət orqanı kəsilib.

Ölkədə buna bənzər hadisələr qeydə alınır. Lakin belə hərəkət edənlər barəsində ciddi tədbirlər görülmür.

Məsələ ilə bağlı “Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev ilə əlaqə saxladıq. Onun sözlərinə görə, heyvanlara qarşı edilən belə qəddar hərəkətlər artır:

“Təəssüf edirəm ki, cəmiyyətimizdə belə vəhşi, insanlığa sığmayan hadisələr baş verir. Fərd olaraq belə hadisələrə səssiz qalmaqla, əslində özümüz də günahkarıq. Bunu törədən canlıya insan demək olmaz”.

A.Qarayevin sözlərinə görə, ölkədə heyvanların mühafizəsi ilə bağlı müvafiq qanun layihəsi hazırlanmalıdır:

“Bütün bunlar ildən-ilə ona görə acınacaqlı hal almağa başlayır ki, Azərbaycanda heyvanların mühafizəsi üçün qanun qəbul edilməyib. İnzibati Xətalar Məcəlləsində heyvanlara qarşı törədilən hər hansı qəddarlığa görə, 500 manata qədər cərimə nəzərdə tutulub.

“İnzibati Xətalar Məcəlləsi - maddə 274 - Heyvanlarla rəhmsiz rəftar edilməsi

Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir”

Lakin qanunun işlək mexanizmi yoxdur. Hüquq-mühafizə orqanları bu kimi hallara göz yumurlar. Biz 10 il əvvəl dövlətə heyvanların mühafizəsi ilə bağlı qanun layihəsi təqdim etmişik. Amma bu qanun indiyə kimi qəbul olunmayıb.

İndi bu heyvanın müalicəsini kim öhdəsinə götürəcək? Onun aqibəti necə olacaq? Sizcə o, bu halda küçədə yaşaya biləcəkmi? Təəssüf ki, yox. Nə qədər ki, heyvanlara qarşı qəddarlıq göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunmayıb, bu hadisələrin qarşısı da alınmayacaq”.

Сообщение  285 Просмотры обновленный 1 год тому назад

Azərbaycanda itin gözlərini çıxardılar - Bunu törədən canlıya insan demək olmaz

Xatırladaq ki, it heyvansevərlər tərəfindən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə (AARC) aparılıb.

Image
Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Azərbaycanda itin gözlərini çıxardılar - Bunu törədən canlıya insan demək olmaz
  • VuVu Uma