Əsgərinə görə özünü atəş altına atan komandir: “Döyüş meydanından çıxartsam da...”

44 günlük Vətən müharibəsinin tarixi qələbəsinə aparan yolda, Azərbaycana qazandırılan Zəfərdə şəhidlərimiz, qazilərimiz qədər xidmətini davam etdirən cəsur hərbçilərimizin də əvəzsiz rolu var.

Сообщение  77 Просмотры обновленный 4 месяцы тому назад

Əsgərinə görə özünü atəş altına atan komandir: “Döyüş meydanından çıxartsam da...”

Bu gün haqqında danışacağımız qəhrəmanımız 1996-cı il təvəllüdlü Cəlilov İbrahim Elman oğludur. Naxçıvan şəhərində anadan olan İ.Cəlilov 2010-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub.

2013-cü ildə Hərbi Liseydə təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub və motoatıcı ixtisası üzrə təhsilini davam etdirib. 2017-ci ildə leytenant hərbi rütbəsi alıb.

Qusar rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri vəzifəsində çalışan İ.Cəlilov bir ay müddətdən sonra bölük komandiri vəzifəsinə təyin olunub. 

Oxu.Az-ın əməkdaşı ilə söhbət edən İ.Cəlilov deyib ki, müharibə başlayan ərəfədə həmin hərbi hissədə xidmətdə olub.

Hazırda baş leytenant rütbəsində xidmətini davam etdirən İ.Cəlilov deyir ki, 3 ildən çoxdur hərbçi kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edir:

“Sentyabrın 27-dən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlayan İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibə zamanı təlimatlara uyğun olaraq biz Cəbrayıl rayonu istiqamətində döyüşlərə qoşulduq. Daha sonra Füzuli, Hadrut və Xocavənd istiqamətində verilən döyüş tapşırıqlarını yerinə yetirmişik. Əsgərlərimiz müharibə boyu əzmlə döyüşüb, döyüş ruhumuz hər zaman yüksək olub”.

“Əsgəri döyüş meydanından çıxaran zaman yaralandım”.

İ.Cəlilov deyir ki, Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüş zamanı bir neçə əsgər yaralanıb:

“Füzuli rayonunun Pirəhmədli kəndi istiqamətində gedən döyüşlərdə komandiri olduğum bölükdəki əsgərlərdən biri yaralandı. Onu döyüş meydanından xilas etmək üçün getdim. Onu təhlükəsiz əraziyə çıxarmağa çalışarkən özüm də yaralandım. Əlimdən gələni etsəm də, həyatını xilas etmək mümkün olmadı. Şəhidlik zirvəsinə ucaldı. 

Mən isə yaralandığım üçün Füzuli rayonunda yerləşən hospitala göndərildim. Orada müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıdıb döyüş yoldaşlarımızla birlikdə müvafiq istiqamətlərdə verilən döyüş tapşırıqlarının icrasını davam etdirdim”.

Müharibə zamanı ailəsi ilə tez-tez əlaqə saxlaya bilməyən İ.Cəlilov deyir ki, Vətən hər şeydən əzizdir:

“Həmin an bizim qarşımızda bir amal var idi – Vətəni düşmən işğalından azad etmək. Biz bir şeyi düşünürdük ki, döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib ailəmizin yanına fəxrlə dönək. O ərəfədə başqa heç bir fikir bizi məşğul edə bilməzdi. Şükür olsun ki, biz qələbə qazandıq və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu”.İ.Cəlilov ailəlidir. O, hazırda da Qusar rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirir.

Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Əsgərinə görə özünü atəş altına atan komandir: “Döyüş meydanından çıxartsam da...”
  • VuVu Uma