Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu vəfat edib

Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atası tərəfindən evin yandırılması nəticəsində ağır yanıq xəsarətləri alan oğul həyatını itirib.

APA-nın məlumatına, 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu Bakıda xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu ailə münaqişəsi zəminində evə benzin tökərək yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan Təcili Tibbi Yardım briqadası ilə Bakı şəhərinə gətiriliblər.

Aprelin 7-də hadisəni törədən 57 yaşlı V.Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Сообщение  247 Просмотры обновленный 1 год тому назад

Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu vəfat edib

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861