Özünü polis kimi təqdim edən şəxs əvvəl də eyni əmələ görə məhkum olunub

Daxili İşlər Nazirliyinin (DİN) “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (polisazerbaycan) müraciət edən bir nəfər qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.

Сообщение  31 Просмотры обновленный 9 дней тому назад

Özünü polis kimi təqdim edən şəxs əvvəl də eyni əmələ görə məhkum olunub

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, müraciət dərhal nəzarətə götürülüb və həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanılıb. 

Araşdırma zamanı saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini etiraf edib. E.Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. 

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, E.Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə, yəni, özünü yalandan polis əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb etdiyi üçün Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub. Bu dəfə də onun barəsində Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir. 

Sosial şəbəkələrdə E.Sultanov tərəfindən hədələnən və ya onun digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə və DİN-in “Instagram” və “Facebook”dakı rəsmi ünvanlarına məlumat verə bilərlər.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861