Dünya

MDB ölkələri forumunda Ermənistana xəbərdarlıq edilib

Müstəqil Dövlətlər Birliyində bu il elan olunan “Ailə ili” ilə əlaqədar Tacikistanın paytaxtı Düşənbədə “Ailə ocağı” adlı Forum keçirilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatından verilən məlumata görə, Forumda Azərbaycanı Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Forumda “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusu ilə çıxış edən N. Həmzəyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti, görülən işlər barədə danışıb. Tədbirdə MDB məkanında fəaliyyət göstərən gənclər təşkilatları, assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılıb, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsindən bəhs olunub, demoqrafiya siyasəti nəzərdən keçirilib. Forumda Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərin təqdimatı olub.

Tədbirdə Ermənistan nümayəndə heyəti tərəfindən təxribata cəhd göstərilib. Belə ki, Ermənistan nümayəndə heyəti işğal olunmuş Dağlıq Qarabağdan olan gənclər təşkilatlarını “Dağlıq Qarabağ Respublikası” adından təqdim edib. Azərbaycan nümayəndə heyəti buna etirazını bildirib. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması xatırladılıb və bu təmsilçiliyin forumdan dərhal yığışdırılması tələb edilib. Separatçı rejimin təqdimatı Forumdan yığışdırılıb və ermənilərə xəbərdarlıq edilib.

Forum çərçivəsində Azərbaycanın mədəniyyət gecəsi də keçirilib. Sonda Azərbaycan nümayəndə heyətinə Forumda fəal iştirakına görə təşəkkür elan edilib. Səfər çərçivəsində N. Həmzəyev Azərbaycan səfirliyində olub. Heydər Əliyevin səfirliyin ərazisindəki büstü önünə gül dəstələri qoyulub. N. Həmzəyev səfir Abbasəli Həsənovla görüşüb. Görüş zamanı Düşənbədə Nizami Gəncəvinin abidəsinin qoyulması, görkəmli mütəfəkkirin adına Mərkəzin yaradılması təklifi də irəli sürülüb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close