Sosial

“İslamiada dərslərə təsir göstərməyəcək” – Nazir müavini

Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb.

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: “Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək”.

Qeyd edək ki, IV İslam Oyunları mayın 12-dən 22-dək keçiriləcək. (Trend)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close