Sosial

Hesablama Palatası dövlət qurumunda nöqsanlar tapdı

“Meliorasiya və irriqasiya” haqqında qanunun tələblərinə əsasən Sudan İstifadəedənlər Birliklərin (SİB) öz növbəsində üzvlərinə və üzvü olmayan şəxslərə verdiyi suya görə haqları Tarif Şurasının müəyyən etdiyi su tarifləri, habelə istifadəsində olan irriqasiya və meliorasiya sistemlərinin saxlanmasına, istismarın yaxşılaşdırılmasına və inkişafına tələb olunan xərclər nəzərə alınmaqla müəyyən edildiyi halda bəzi rayonların, o cümlədən Lənkəran, Ağcabədi, Füzuli, Şabran, Beyləqan, Tərtər, Oğuz, Biləsuvar, İsmayıllı, Şəmkir, Yevlax, Salyan, Laçın, Xızı, Cəlilabad, Şamaxı, Masallı, Astara suvarma sistemləri idarələrindən su alan SİB-lərin nəzarət tədbiri ilə əhatə olunan bütün dövrlər üzrə planlaşdırılan xərclər smetasında təsərrüfatdaxili suvarma sistemlərinin istismarı və saxlanılması ilə bağlı xərc nəzərdə tutulmayıb və bu məsələyə nəzarət olunmayıb.

Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Sənəddə qeyd olunub ki, Suvarma sistemləri idarələri (SSİ) və SİB-lər tərəfindən suvarma suyu üzrə əlavə itkilərin qarşısının alınması və itkilərin azaldılması təmin olunmayıb. Cəmiyyətin suvarma sistemləri idarələrinin büdcə layihəsinə təqdim etdikləri proqnoz məbləğləri dəqiq hesablamalar aparılmadan tərtib edilib. Bir çox SSİ-lər üzrə proqnozlaşdırılmış artıq vəsait il ərzində, xüsusilə ilin son aylarında Cəmiyyət tərəfindən dürüstləşdirilmə verilərək digər SSİ-lər üzrə proqnozlaşdırılıb və icraolunub, dürüstləşdiirlmə çərçivəsində bəzi SSİ-lər üzrə büdcə layihəsinə təqdim olunmuş proqnoz məbləğlərindən artıq vəsait proqnozlaşdırılaraq icra edilib və qənaət prinsiplərinə tam əməl edilməyib.

Cəmiyyətin Füzuli və Zərdab SSİ-ləri tərəfindən il ərzində istehlak etdiyi elektrik enerjisinin dəyərindən əlavə və 2014-cü ilin dekabr ayında müvafiq olaraq 207110,99 manat və 73370 manat məbləğində elektrik enerjisi üzrə debitor borc yaranıb. Ekspert-analitik təhlillə əhatə olunan dövrdə 1000 kubmetr suvarma suyunun nasos stansiyaları vasitəsilə mənbədən götürülməsinə və subartezian quyularından çıxarılmasına görə elektrik enerjisinin xərci respublika üzrə orta göstəricidən artıq olub, 2016-cı ilin I yarısında elektrik enerjisinin orta xərci əvvəlki illərin orta xərcindən 2 dəfəyə yaxın az olub ki, bu da SSİ-lər tərəfindən elektrik enerjisi xərcinin əsasən ilin II yuarısında istifadədən irəli gəlib.

Ötən 10 il ərzində SİB-lərin fəaliyyətinin formalaşdırılması sahəsində islahatların nəzərdə tutulan səviyyədə həyata keçirilməməsi və SİB-lərin fəaliyyətinə birbaşa nəzarətin zəif olması qarşıya qoyulmuş məqsədəçatmağa tam imkan verməyib, SSİ-lərin təmir xərclərinin azaldılmasına şərait yaradılmayıb, həmçinin Dünya Bankından kreditlər cəlbetməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilmiş “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi çərçivəsində Birliklərin ərazisində təsərrüfatdaxili şəbəkələrində müvafiq təmir-bərpa aparılmasına baxmayaraq həmin sistemlər SSİ-lər tərəfindən Birliklərin istifadəsinə verilməyib. SSİ-lər üzrə cari təmir xərclərinin proqnozlaşdırılmasında əvvəlki illərdə suvarma kanallarının lildən təmizlənməsi bəzi hallarda nəzərə alınmayıb, kanalların texniki parametrləri dəqiq hesablanmadan təxmini hesablamalar əsasında aparılıb, kanalların lildən təmizlənməsinin həddi əvvəlcədən müəyyən edilməyib.

Respublikada SİB-lər üzrə suvarma suyunun uçotunun dəqiq aparılmadığı, istifadəsində olan təsərrüfatdaxili suvarma kanallarının əsaslı və cari təmirinə vəsait yönəldilmədiyi, qeyri-kommersiya qurumunun xüsusi forması kimi SİB-lərin maddi texniki bazasının zəif olduğu, suvarma xidmət haqqının yığım mexanizmində problemlərin mövcudluğu, uçot-hesabat işlərinin düzgün təşkil edilmədiyi, onların davamlı fəaliyyəti üçün “Meliorasiya və irriqasiya” haqqında qanunda nəzərdə tutulmuş ehtiyat fondlarının yaradılmadığı və s. müəyyən edilib, SİB-lərin SXH-nın yığım mexanizmindəki çatışmazlıqlar yığım səviyyəsinin az olmasına səbəb olub.

Təsərrüfatdaxili suvarma kanallarının SİB-lərin istifadəsinə tam şəkildə verilməməsi dövlət büdcəsindən bu sahəyə yönəldilən vəsaitlərə qənaət edilməməsi, o cümlədən Cəmiyyətin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin büdcə vəsaiti hesabına aldığı əsas vəsaitlərin, xüsusi ilə maşın və mexanizmlərin əvəzsiz SSİ-lərə verilməsi, SSİ-lərin təmir, yanacaq və əmək haqqı xərclərinin artırılması ilə nəticələnib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close