Sosial

Fəxriyyə Xələfova anası Rəfiqə Əliyevanın ölümündən yazdı

Fəxriyyə Xələfova anasını ölümündən yazıb.
Publika.az xəbər verir ki, Əməkdar incəsənət xadimi və Azərbaycanın tanınmış modelyeri sosial şəbəkədə bir neçə gün əvvəl vəfat etmiş anası – Rəfiqə Əliyevanı yad edib. Rəfiqə Xələfova anası ilə şəklini paylaşıb və bu şeiri qeyd edib:
“Sənsiz planet getdikcə kiçildi
Ayaqlarımın altında torpaq yelləndi.
Sən indi burada yoxsan, bəs haradasan,
Mənim sevimli anam?”
Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin bacısı, prezident İlham Əliyevin bibisidir.
Mərhum Rəfiqə xanım məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır. R.Əliyeva Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşı olub.
Akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.
R.Əliyeva vəfat edənədək Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professor idi, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tətqiqat laboratoriyasını rəhbərlik edirdi. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.
Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib.
“Şöhrət” ordenli Əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.
85 yaşlı professor Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilmişdi.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close