Kriminal

Dünya çempionunu öldürən azərbaycanlı polisə təslim olub

Rusiyada Xabarovsk vilayətinin vətəndaşı, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Əlyaroğlu Allahverənov Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub.

Bunu “Ria Novosti”yə açıqlamasında Xabarovsk Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin nümayəndəsi deyib.

Anar Allahverənova qarşı məhkəmə tərəfindən federal və beynəlxalq axtarış elan olunmuşdu. Hazırda Anar istintaq orqanlarına ifadə verir. Bildirilib ki, o, ifadə verdikdən sonra 1 saylı istintaq təcridxanasına aparılacaq.

Qeyd edək ki, həmyerlimizə qarşı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Əgər onun günahı sübuta yetirilsə 20 il və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.
gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close