Sosial

Azərbaycanda seyidlik vəsiqələri verilir – FOTO

Azərbaycanda Seyid Ağa vəsiqələri verilir.
Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub.
Tağıyev Elnur Mirverdi oğlunun “seyidliyini təsdiqləyən sənəd” QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilib. “Sənəd” onun imzası və şəxsi möhürü ilə təsdiqlənib.
Sənəddə qeyd edilən 21313 rəqəmi, böyük ehtimalla, seyidlərə verilən belə vəsiqələrin sayını göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətə malik olduğu barədə ictimaiyyətin məlumatsızlığı sənədin həqiqiliyini şübhə altına salıb. (oxu.az)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close