Region

Avropa məhkəməsi Ermənistanı cərimələdi

Avropa İnsan Hüquqları məhkəməsi bu gün “Ayvazyan Ermənistana qarşı” işi üzrə hökm verərək Ermənistan hakimiyyətini şikayətçiyə 15.000 avro ödəməyə məcbur edib.

Regioninfo xəbər verir ki, bu barədə məlumata AİHM-nin saytında yayılıb. Ermənistan Respublikasına qarşı şikayəti 2008-ci il 20 noyabr tarixində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 34-cü maddəsinə əsasən rusiya vətəndaşı olan Silvard Ayvazyan edib.

Şikiayətçi AİHM-də öz qardaşı Seyran Ayvazyanın polis tərəfindən öldürülməsinə və nəticədə hakimiyyət orqanlarının onun ölümü ilə bağlı effektiv araşdırma aparmadığına görə etiraz edib.

1961-ci il təvəllüdlü ruhi pozğunluqları olan Seyran Ayvazyan 2006-cı il martın 6-da polis tərəfindən öldürülməsi qeyd olunur. Seyran Ayvazyan həmin gün yaşadığı Odzun kəndində mağazalardan birinə gedirdi. Orada o, bıçaq çıxararaq və heç bir səbəb olmadan bıçaqla mağaza əməkdaşının əlinə və mağazaya daxil olan müştərilərdən birinin yanağına zərbələr endirib, daha sonra evə gedib. Bir az sonra onun evinə polis gəlib və onlar Ayvazyanın zərərləşdirilməsi mqəsədilə zorla evin qapısını açaraq içəri daxil olublar. Lakin onu zərərsizləşdirmək mümkün olmayıb. Ayvazyan öz evinin eyvanında polislərdən birinə bıçaqla zərbələr endirib və nəticədə polislər Ayvazyana atəş açıblar. Nəticədə, Ayvazyan aldığı yaralardan Ayvazyan ölüb.

Şikayətçinin iddiasına görə isə, əslində onun qardaşı, polisin həyatı üçün təhlükə yaratmayıb, sadəcə olaraq onun polis həmkarını təhqir etdiyi üçün Seyran Ayvazyanı öldürüb.

Nəticədə, Avropa məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 2-ci maddəsinin hakimiyyət orqanları tərəfinfən pozulması, Seyran Ayvazyanın ölüm halları ilə bağlı istintaqın müvəffəqiyyətsizliyi, həmçinin polislər tərəfinfən əməliyyatın planlaşdırılması və idarə edilməsi nəticəsiində Seyran Ayvazyan ölümü ilə bağlı qərar qəbul edib.

Məhkəmə dəlil yetərsizliyi səbəbindən şikayətçinin, Ayvazyanın dəfn mərasimi ilə bağlı maddi ziyanın ödənilməsi ilə üüçn nəzərdə tutulan 2000 avroluq tələbini rədd edib.

Avropa insan hüquqları məhkəməsi Ermənistanı mənəvi ziyanın kompensasiyası kimi 15 min avro ödəməyə məcbur etmə barədə hökm çıxarıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close