İrəvanda nümayişçilər şəhər administrasiyasının binasına zorla girdilər

0 15

İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər administrasiyasının binasına zorla giriblər.

Xəbər verilir ki, bu haqda “RİA-Novosti” agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Aksiya iştirakçıları merin kabinetinə keçməyə çalışırlar. Polislər və meriyanın əməkdaşları onların qarşısını kəsiblər.

Meriyanın aparat rəhbəri Sergey Makaryan Ermənistanın polis rəisi Valeri Osipyanı paytaxt administrasiyasının normal işini təmin etməyə çağırıb.

Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Marqaryan 2011-ci ildən bu postu tutur.

İrəvan merinin istefası tələbi ilə etiraz aksiyası ötən həftə başlayıb.

Leave A Reply

Your email address will not be published.