Türkiyə İsrailin İstanbuldakı baş konsulunu da qovdu

0 32

Türkiyə və İsrail arasında diplomatik böhran davam edir.

“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı baş konsulu Yozef Levi Sfaridən bir müddət öz ölkəsinə dönməsini istəyib.

Qeyd edək ki, dünən İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələr səbəbiylə etiraz edilib. İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.

Bundan bir neçə saat sonra isə Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlu İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb və məsləhətləşmələr üçün bir müddət Türkiyəyə dönməsi istənilib.

Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.

Leave A Reply

Your email address will not be published.