KXDR lideri nüvəsizləşdirmə proqramını təqdim etməyə hazırdır

0 7

KXDR lideri Kim Çen In Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmağa yardım etmək üçün proqram təqdim etməyə hazırdır.

«Report” RİA «Novosti»yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ABC telekanalına müsahibəsində deyib.

«Bizim aramızda ölkələrimizin qarşılaşdığı daha çətin problemlər barəsində davamlı söhbətlərimiz olub», — deyə telekanal Pompeonun sözlərini sitat gətirib.

Dövlət katibi bildirib ki, ABŞ administrasiyasının məqsədi «tam, etibarlı, geri qaytarılmaz nüvəsizləşdirilmə»dir.

«O, bizə bu məqsədə nail olmağa kömək edəcək plan təqdim etməyə hazır olduğunu bildirib. Bunu edib-etməyəcəyimizi yalnız zaman göstərəcək», — deyə o bildirib.

Leave A Reply

Your email address will not be published.