DCİY İB Azərbaycan xalqını təbrik edir

0 323

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

 

«Hörmətli  Azərbaycan xalqı !

Xalqımızın ən qədim və  əziz bayramı — bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramının yurdumuza qədəm qoyması münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, səadət və tükənməz  bahar əhval-ruhiyyəsi arzulayıram.

Milli-mənəvi dəyərləri hər zaman uca tutan Azərbaycan xalqı  dünyanın bir sıra xalqları, o cümlədən türkdilli xalqlarla bərabər, Novruz bayramını həmişə böyük coşqu, sevgi və məhəbbətlə qeyd edir.

Dövlət müstəqilliyimizin bərpası və xüsusilə də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mənəvi dəyərlərimizə münasibətdə  dönüş yaranmış, Ümummilli liderin adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə olan həssas qayğıkeşliyi Novruz bayramının da xalqın ruhuna uyğun böyük təmtəraqla keçirilməsinə səbəb olmuşdur. Ulu Öndərin siyasətini layiqincə davam etdirən, Onun ən layiqli və etibarlı davamçısı olan dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir. Dövlət başçısı tərəfindən ölkədə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət mənəvi sərvətlərimizin təbliğində də bariz şəkildə hiss olunur. Ölkəmizin birinci xanımı,  I vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir. Bütün bunlar Azərbaycan xalqının   həmrəyliyin və milli birliyinin güclənməsinə dövlət səviyyəsində verilən dəstəyin əyani sübutudur.

Hörmətli  Azərbaycan xalqı !        

Sizi Novruz bayramı münasibətilə  bir daha  hərarətlə təbrik edir, hər bir evə, ailəyə bol ruzi-bərəkət, sevinc və şəxsi həyatınızda  uğurlar arzulayıram.

Hörmətlə,

İCTİMAİ BİRLİYİN SƏDRİ:   ƏSGƏR MƏMMƏDOV»

Leave A Reply

Your email address will not be published.