DCIY IB Xocalı qurbanlarını yad etdi

0 2 327

24 fevral 2018-ci il tarixində Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai birliyində Xocalı Soyqırımının 26-cı  ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə İctimai Birliyin idarə heyəti üzvləri, digər üzvləri həmçinin Xocalı sakinləri Xəlil Vəliyev, Rəcunə Rüstəmova iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Əsgər Məmmədov qeyd edib ki, bu günlər bütün Azərbaycan xalqı kədər hissləri ilə yaçayır. Buna səbəb erməni faşistləri tərəfindən 1992-ci bi fevralın 25-dən 26-na keçən gecə  Xocalı sakinlərinə qarşı törətdikləri qanlı faciənin 26-cı ildönümü ərəfəsində olmağımızdır.

Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Əsgər Məmmədov Xocalı soyqırımınin  Azərbaycan tarixinə ən dəhşətli və faciəli bir səhifə kimi daxil olmasıni qeyd edərək, bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq.

Daha sonra Ə.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev Fondunun fəaliyyətinin və “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqda olduğunu da qeyd edib.

 

Tədbirdə çıxış edən  Xocalı sakini, o, qanlı  hadisələrin canlı şahidi olmuş Xəlil Vəliyev  və Rəcunə  Rüstəmova çıxış edərək, qeyd etmişdir ki, Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, bu dəhşəti heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz qırpımında, valideynlərini, qardaş bacılarını, yaxınlarını itirən insanlardan   daha yaxşı anlaya bilməz.

Daha sonra çıxış edən İctimai Birliyin sədr müavinləri Leyla Nəzirzadə, Fidan Yusifli, Eyyub Məmmədov   və digər  çıxış edənlər Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə danışaraq, bildirdilər ki,  illər ötəcək və erməni işğalçılarının Xocalıda törətdikləri cinayətlər və vəhşiliklər haqqında yazılanlar tarixin ən dəqiq və səhih səhifələri kimi öyrəniləcək. Qanlı soyqırımını öz yaddaşında yaşadanların danışması, onların dedikləri əsasında tarixi faktların dünyaya çatdırılması isə xüsusilə vacibdir və bu istiqamətdə dayanmadan çalışmalıyıq.

Tədbirin sonunda DCİY İB kollektivi “Xocalı harayı” abidəsini ziyarət edib.

 

Leave A Reply

Your email address will not be published.