Saakaşvilini saçından tutub sürüyərək apardılar — VİDEO

0 19

Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili dünən Kiyevdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Regioninfo.az-in verdiyi məlumata görə, Saakaşvilinin saxlanılma əməliyyatını maskalı və silahlı şəxslər həyata keçirib.

Siyasətçiyə məxsus Facebook səhifəsində qeyd olunub ki, o, hava limanına qədər döyülüb və artıq hərəkət edəcəyi təqdirdə atəş açılacağı ilə hədələnib.

Qeyd edək ki, Saakaşvili dünən yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub. Məlumat Ukrayna Dövlət Gömrük Xidməti tərəfindən təsdiqlənib. O, deportasiya yox, readmissiya edilib, yəni qeyri-qanuni tərk etdiyi ölkəyə qaytarılıb.

 

Leave A Reply

Your email address will not be published.