«Cümhuriyyətin mahiyyəti nədir?»

0 203

Son günlərdə mətbuatda cümhuriyyət ifadəsinə çox tez-tez rast gəlinir. Bu ilk növbədə ölkə prezidentinin 2017-ci il mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik il dönümü ilə bağlı” verdiyi fərman və 2018-ci ilin “Cümhuriyyət ili” kimi elan edilməsi ilə bağlıdır. Bu gün hər kəs cühuriyyət haqqında danışır. Lakin cümhuriyyət nə olduğunu, onun mahiyyətini bilmək çox vacibdir.

Cümhuriyyət bizim ölkəmizin tarixinə 100 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə daxil olmuşdur. 1918-ci il mayın 28-də yaranıb, 23 ay yaşayıb, 1920-ci ilin aprelin 28-də süqut edən Azərbaycan Demokratik Respublikası şərqdə ilk xalq hakimiyyəti kimi – Cümhuriyyət kimi tarixə yazıldı.

Azərbaycan Xalq Cümhuriyyəti öz Konstitutsiyasını qəbul edə bilmədi. Azərbaycan SSRİ-nin tərkibində olanda 1921-ci ildə Konstitutsiya qəbul edildi ki, bu da müstəqil Respublika Konstitutsiyası deyildi.

1995-ci ildə noyabrın 12-də  ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitutsiyası qəbul olunmuşdur.

Cümhuriyyət, yəni xalq hakimiyyəti Azərbaycan Konstitutsiyasının 1-ci maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.” Konstitutsiyanın bu maddəsində hakimiyyətin yeganə mənbəyinin xalq olması nədir?

Cümhuriyyətin mənası sadə dildə xalq hakimiyyətidir. Cümhuriyyət sözü demokratiya anlayışı ilə üst-üstə düşür. Demokratiya sözünün mənası yunan dilində demos-xalq və kratos-hakimiyyət deməkdir. Demokratiya xalqın hakimiyyətin mənbəyi kimi tanınmasına dövlət   işlərinin həllində iştrak etmək hüquqi olmasına və vətəndaşlaın geniş huquq və azadlıqlar verilməsinə əsaslanır.

Cümhuriyyət — demokratiya insanların azadlıq hüquq bərabərliyi, söz mətbuat azadlığı,  sərbəst toplaşmaq və s ilə müəyyən edilir. Lakin insanın azad olması heç də elə başa düşülməməlidir ki, hər bir insan nə istəsə edə bilər. İnsan öz hərəkətlərində o dərəcədə azaddır ki  onun etdiyi hərəkətlər başqasının rahatlığına azadlığına mane olmur. Çünki hər bir kəsin azadlıq hüququ var.

Şərqdə ilk dəfə cümhuriyyəti — demokratiyanı bayram edən Azərbaycanı ardınca 1923 cü il oktyabrın 29 da Türkiyədə də cumhuriyyət quruldu. 1924 cü ildə Türkiyəni qəbul edilmiş Konstitusiyasının Anayasını 1-ci maddəsində deyilir: «Türkiyə dövlət bir cumhuriyyətdi»

Azərbaycan Xalq Cumhuriyyəti isə bir çox mənbələrdə Azərbaycan Demokratik Respublikası kimi qeyd olunur. Çünki Cümhuriyyət demokratik dəyərlərin eynisi olduğu üçün belə adalanırdı. Cümhuriyyət xalq tərəfindən seçilən parlamentli respublika idarəçilik formasıdır.  Bu qərbdə demokratiya şərqdə isə cumhuriyyət adlanır.

Demokratik dəyərlər qərbdə qədim Yunanıstanda polislərdə -şəhər dövlətlərdə ilk dəfə təsadüf olunur. Lakin demokratiyanın mükəmməl forması , qanunla təsbit olunub hüquqi qüvvəyə malikk olması 18 ci əsrdə olmuşdur. 1776 ci il 4 iyul ABŞ ın “İstiqlal bəyənnaməsi” və 1789 cu ildə Fransada qəbul edilmiş “İnsan və vətəndaş hüquqları haqqında bəyənnamə” demokratiya -cümhuriyyət  hüquqi şəkildə təsbit olundu və bütün dünya dövlətləri üçün də bugün demokratiya nümunəsidir.

2500 ildən artıq tarixi olan demokratiya anlayışı şərqdə cümhuriyyət kimi qeyd olunur. Cümhuriyyət – demokratiya hüquqi dövlətin, vətəndaş cəmiyyətinin nüvəsini, bünövrəsini təşkil edir. Demokratiyanın cümhuriyyətə nəzəri əsasları da demək olar ki, dolğun şəkildə 18-ci əsrdə qoyulmuşdur. Bu Şarl Lui Monteskyönün yazdığı “Qanunların ruhu haqqında” əsərlə çox yığcam şəkildə xalq hakimiyyətinin, demokratiyanın, cümhuriyyətin qorunması yollarını göstərmişdir. Demokratiyanı qormuaq, siyasi xəyanətlərin qarşısını almaq üçün hakimiyyətin ciddi olaraq 3 yerə bölünməsi təklif edilirdi. Bunlar qanunverici, icra və məhkəmə orqanlarıdır ki, onların hər biri müstəqil olmalıdır. Monteskyö hakimiyyətin vətəndaşa qarşı özbaşınalığının qarşısını almaq və demokratiyanı qorumaq üçün müxtəlif vasitələr axtarırdı. Bu məqsədlə o, hüquqi dövlət və hakimiyyətin bölünməsi konsepsiyasını irəli sürürdü.

Monteskyö yazırdı ki, hüquqi dövlətdə demokratiya – cümhuriyyət olan yerdə hamı qanun qarşısında bırabır olmalı və qanuna ciddi şəkildə riayət olunmalıdır: “ Azadlıq qanunun imkan verdiyi hər şeyi etmək hüququdur. Hakimiyyət tərəfindən özbaşınalığın qarşısını almaq üçün dövlət hakimiyyəti bir əldə cəmləşdirilməməlidir. Hakimiyyət dövlətin qanunverici, icraedici və məhkəmə orqanları arasında bölünməlidir və qoy onlardan hər biri digərinə nəzarət etsin və yalnış addımlardan saxlasın.”

Monteskyönün bu fikirləri hər bir ölkədə respublika quruluşunu, demokratiyanı, cümhuriyyəti qorumağın hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmağın şərti və əsasıdır.

Hüseyn Məmmədov 

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi 

Leave A Reply

Your email address will not be published.