Röyanın keçmiş əri prokurorluqda dindirildi: «Həmin sənədlərdə nə yazıldığını bilmirdim»

0 30

«Çudo Peçka» və «ÇP Aqro» MMC-lərinin təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları — Anar, Teymur və Asim prokurorluqda ifadə veriblər.

Regioninfo.az Publika.az saytına istinadla həmin ifadəni təqdim edir.

Çingiz Cəlilovun cinayət işi üzrə ifadə verən oğlu Anar Cəlilov bildirib ki, «Çudo Peçka» MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub: «2012-ci ildə atam məni yanına çağırıb dedi ki, «Çudo Peçka»nın fəaliyyəti ilə bağlı «Bank Standard»dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın MUM-un yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığını bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Həmin sənədlərdə 4 milyon 225 min manatlıq kredit müqaviıəsi var idi. Həmin sənədlərə imza etmişəm. Amma kredit üzrə vəsaiti mən götürməmişəm».

Çingiz Cəlilovun digər oğulları — Teymur və Asim, həmçinin qardaşı Pərviz də Anar Cəlilovun verdiyi ifadələrə uyğun danışıblar. Onlar adlarına kredit götürülməsi təklifinin Çingiz Cəlilovdan gəldiyini deyiblər.

Qeyd edək ki, «Çudo Peçka» və «ÇP Aqro» MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, ifadəsi məlum olan Anar Cəlilov müğənni Röya Ayxanın keçmiş əridir.

Leave A Reply

Your email address will not be published.