Bakı metrosunda İNTİHARA CƏHD: yaşlı kişi özünü qatarın altına atdı

0 9

«Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 09:18 radələrində «Qara Qarayev» metrostansiyasında baş verib.

«Həzi Aslanov» metrostansiyasından «Dərnəgülə»ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.

Qurumun sözçüsü bildirib ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Leave A Reply

Your email address will not be published.