Sumqayıtda 2 stadion tikiləcək

????????????????????????????????????
0 42

Bu gün Bayıl stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib

Regioninfo.az-ın məlumatına görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:

— U-21 və U-20 – Rəşad Sadıqov
— U-19 – Vüqar Məmməd
— U-18 – Zaur Həşimov
— U-17 – Ramin Quliyev

2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın.

3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun.

İclasda, həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi tqdimatın müşayiəti ilə məlumat verilib.

Leave A Reply

Your email address will not be published.