Azərbaycan Kuboku: İlk yarımfinalçı bəlli oldu

0 30

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
İlk yarımfinalçının adına Gəncədə keçirilən «Kəpəz” – «Keşlə” matçından sonra aydınlıq gəlib.
Bakıda baş tutan oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab oyununda da «Kəpəz”i üstələyib – 3:2. İki oyunun nəticəsinə görə, 5:2 hesabı ilə qalib gələn «Keşlə” adını yarımfinala yazdıran ilk komanda olub. Ramiz Məmmədovun komandası yarımfinalda «Sumqayıt” – «Qarabağ” cütünün ən güclüsü ilə qarşılaşacaq.
Günün digər matçında isə «Neftçi” «Zirə”ni qəbul edəcək. Komandalar arasında Zirədə keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, «Səbail” – «Qəbələ” və»Sumqayıt” – «Qarabağ” matçları sabah keçiriləcək.
Azərbaycan Kuboku
14 dekabr
13:00.»Kəpəz” – «Keşlə” – 2:3
Qollar: Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)
İlk oyun – 0:2
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu
19:00.»Neftçi” – «Zirə”
İlk oyun – 0:1
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
«Bakcell Arena”

Leave A Reply

Your email address will not be published.