Siqaret (Vahid Məmmədli)

0 19

 

Qutudakı sonuncu siqaret,

Yandırım? Yan mənimtək.

Yan qurtar, kötük ol get,

Sən də tənha, mən də tək…

 

Sən bir dəfə öıürsən,

yandırıldın, bitirdin.

Mən gündə neçə dəfə

yandırıldım, dirildim.

 

Bəlkə heç yandırmayım?

Sonuncusan… Yandırır…

Gecənin qaranlığı,

Sabahı yubandırır…

 

Tənhayam bu səhrada,

Kimdən alım siqaret.

Sonuncu dostum səndin,

Yandıracam, sən də get

Leave A Reply

Your email address will not be published.