Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi

0 12

Xırdalanda yaşayış binasında yanğın olub.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Leave A Reply

Your email address will not be published.