Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Makron Suriyadan nə vaxt çıxacaqlarını açıqladı

Beynəlxalq koalisiyanın Suriyadakı hərbi öhdəlikləri İŞİD terror təşkilatı ilə müharibə başa çatdıqdan sonra yekunlaşacaq.

Regioninfo “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
“Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib. Bu öhdəliklər İŞİD-ə qarşı müharibənin bitdiyi gün yekunlaşacaq. Mən ABŞ barədə də eyni sözləri deyə bilərəm. Çünki onlar bizimlə birgə əməliyyat keçirilməsi barədə qərar qəbul ediblər və anlayırlar ki, bizim məsuliyyətimiz İŞİD-lə müharibədən də artıqdır. Bura həmçinin əraziyə dair humanitar yardım və sülhün bərpa olunmasına görə də məsuliyyətdir”, – deyə Makron Yeni Zelandiyadan olan həmkarı ilə görüşdən sonra vurğulayıb.