Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Sarkisyan rəsmən baş nazirliyə namizəd oldu – 5 dəqiqəlik toplantı

Ermənistan Respublikaçılar Partiyası və Daşnaksütyun Partiyasının birgə iclası keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 5 dəqiqə davam edən iclasda Serj Sarkisyanın baş nazirliyə namizədliyi təsdiqlənib.
İclasdan sonra hakim partiya nümayəndələri parlament zalının binasını tərk ediblər. Respublikaçılar Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan isə baş nazir seçkilərinin aprelin 17-də keçiriləcəyini bildirib.