Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Valideynlərə xəbərdarlıq! Bu uşaqlar peyvənd ediləcək

Azərbaycanda peyvəndən kənar qalan uşaqlar üçün immunlaşdırma həftəsi keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd, müxtəlif səbəblərdən peyvənddən kənarda qalan uşaqların vaksin edilməsini təmin etməkdir: “İmmunlaşdırma həftəsi hər il aprelin ayının son həftəsi ərzində keçirilir. Bu il də aprelin 23-dən 29-dək təmizləyici həftənin keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmrin verilməsindən sonra dəqiq tarix söyləmək mümkün olacaq”.

A. Əliyeva bildirib ki, immunlaşdırma həftəsi bütün respublikanı əhatə edəcək. Direktor müavini deyir ki, ölkədə uşaqlar arasında əsasən polimelit, 5 valentli vaksin, eləcə də qızılca, məxmərək və parotit epidemik vaksinindən kənarda qalma halları var: “Bu uşaqlar bəzən keçirdikləri müxtəlif xəstəliklər üzündən vaxtında vaksin edilmir, peyvənddən imtina halları olur. İmmunlaşdırma həftəsində həmin uşaqlar polikilinikalara dəvət edilərək peyvənd edilir. A. Əliyevanın sözlərinə görə, immunlaşdırma həftəsi Azərbaycanda 2007-ci ildən keçirilir.