Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb – YENİLƏNİB-2-VİDEO

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Regioninfo-nun məlumatına görə, bunlar Biləsuvar rayon sakinləri, 1978-ci il təvəllüdlü İsayev Elnur Əlixan oğlu, 1982-ci il təvəllüdlü İsayeva Günay Valeh qızı, 2006-ci il təvəllüdlü İsayeva Nurlanə Elnur qızı, 2010-cu il təvəllüdlü İsayeva Elmira Elnur qızı və 1992-ci il təvəllüdlü Cəfərov İqbal İlham oğludur.

Faktla bağlı araşdırma aparılır.

14:42

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi xəsarət alanların durumu açıqlanıb.

TƏBİB-dən Regioninfo-nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində avtoqəzada xəsarət alan iki kişi və üç qadın – Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir.

13:09

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı