Astarada məktəb yaxınlığında yanğın olub

Astarada yanğın baş verib.

Regioninfo xəbər verir ki, Astarada 1 saylı məktəbin idman sahəsi ətrafında quru otların naməlum şəraitdə yanması təhlükəli vəziyyət yaradıb. Alov məktəb binasına və yaxınlıqda yerləşən yüksək gərginlikli elektrik blokuna doğru yayılıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğın lokallaşdırılıb. Yanğın ocağına yaxın ərazidə olan şəxslər təhlükəsiz məsafəyə uzaqlaşdırılıb, alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Paylaş:
Yuxarı