Cəlilabadda bir sıra sahələrdə artım olub

Cəlilabadda bir sıra sahələrdə artım olub.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 2 müəssisə və seçməyə düşmüş 4 fərdi sahibkar fəaliyyət göstərmişdir. Hesabat dövründə avtomobil nəqliyyatı ilə 263 min ton yük, 3580 min sərnişin daşınmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə yük və sərnişin daşınması 4,8 faiz artmışdır. 2025-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda məhsul buraxılışı 1972,0 min manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz çox olmuşdur.

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar-mart aylarına nisbətən 0,3 faiz artaraq 146856,6 min manat olmuşdur. Pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 73753,0 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 73103,6 min manatını isə qeyri-ərzaq malları təşkil etmişdir. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 0,2 faiz azalmış, qeyri-ərzaq mallarının satışı isə 1,1 faiz artmışdır. 2025-ci ilin yanvar-mart aylarında 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsində artım, hüquqi şəxs yaratmadan
ticarətlə məşğul olan fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə azalma müşahidə olunmuşdur.

Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində 52015,9 min manatlıq qalıq qalmışdır ki, bunun da 4952,1 min manatı hüquqi şəxslərin, 47063,8 min manatı isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə topdansatış ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz artaraq 8312,6 min manat olmuşdur. Topdansatış ticarətdə hüquqi şəxslərin payı 6123,7 min manat, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların payı isə 2188,9 min manat təşkil etmişdir.

Paylaş:
Yuxarı