“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatında Şirvan-Salyanın komandası 3-cü yeri tutub

Müəllimlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi məktəb, lisey və kollec müəllimlərindən, eləcə də inzibati işçilərdən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.
Aprelin 27-də Bakı şəhərində baş tutan final mərhələsində ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 32 komanda iştirak edib. Finalçılar sırasında Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd, Beyləqan və Zərdab müəllimləri yer alıblar.
Gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışda Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edən “Xudmani” komandası üçüncü yerə layiq görülərək respublika çempionatının bürünc mükafatçısı olub.
Paylaş:
Yuxarı