Lerik rayonuna qar yağıb.
Regioninfo-nun verdiyi xəbərə görə, ötən gündən cənub bölgəsində temperaturun aşağı düşməsi nəticəsində Lerik rayonuna qar yağıb. Qar əsasən rayonun Orand və Pirasora ərazisində olan kəndlərə yağıb.
Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.