Biləsuvarda baş verən qəzada yaralanan şəxs xəstəxanada ölüb.
Regioninfo-nun məlumatına görə, hadisə Biləsuvar rayonunda qeydə alınıb. “VAZ” markalı avtomoillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücülərdən biri, 1989-cu il təvəllüdlü Rafiq Rəfail oğlu Əhmədov Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Səhər saatlarında həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.