Vüqar Dadaşov Salyanda vətəndaşları qəbul edib

Vətəndaş məmnuniyyəti mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir.
Yanvarın 23-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov Salyan rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qeyd edək ki, idarənin məsul əməkdaşları tərəfindən həftə içi hər gün vətəndaş qəbulu 15:00-dan 18:00-dək, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri tərəfindən isə hər həftənin IV günü 15:00-dan 18:00-dək həyata keçirilir.
Paylaş: