Astarada bıçaqlanan şəxslərin kimliyi məlum olub

Astara rayonunda bıçaqlanan şəxslərdən ikisinin adı məlum olub.

Regioninfo-nun məlumatına görə, bunlar 1990-ci il təvəllüdlü Samir Etibar oğlu Mehdiyev və qardaşı 1988-ci il təvəllüdlü Zeynal Etibar oğlu Mehdiyevdi.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəlini bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş: